DİA.AZ: - Lənkəranın icra başçısı Taleh Qaraşov cənabları deyəsən, özü üçün PAYIZ MUŞQULATI ilə məşğuldur. Bu barədə verilən məlumatlardan belə aydın olur ki, Lənkəran RİH tərəfindən növbəti kosmetik təmir işlərinə başlanlıb. DİA.AZ bildirir ki, əslində, bu kimi TƏMİRLƏR yerli padşahların il sonu büdcədən oğurladıqlarının "AFORMİTİ" üçün bir vasitədir.
Və bu gün "Lənkəran Xanı" Qaraşov həzrətləri də ənənəmizi pozmayaraq eyni qaydada pulsilməyə girişib ki, sən demə, bunu "gözü götürməyənlər" var imiş.
DİA.AZ bildirir ki, bu barədə paylaşım edən əslən Lənkərandan olan ictimai fəal Yadigar Sadıqlı yazır:
"Lənkəranda Qala xiyabanindakı üzlüklər dəyişdirilir.
Soruşan lazım niyə? Şəhərin min bir problemi olduğu halda vəsaiti yetərincə salamat üzlüklərə xərcləmək nəyə lazımdır?"
Qeyd edək ki, onun bu paylaşımına yetərincə adekvat reaksiya verənlər var və onlar da məsələnin nə yerdə olduğuna eyham vuran ifadələrlə reaksiyalarını bildiriblər. Məsələn, həmin şərhlərdən bəzilərini əqdim edirik:
Elnur Mahmudzade: Bundan pisin vuracaglar...
Ramiz Mirzəoglu: İl sonu , büdcədəkini silməsən günaha batarsan. Təmir büdcənin ,,cənnətidir"...
Anar Melikov: PA-dan ayrılan vəsaitə necə əritsinlər bəs?..
Reyhan Rəsul: Uzsüz adamlardilar da...yeri göyü üzləsələr de xeyri yoxdu...
Rafael Abdullayev: Havalar isti oldu usta işlətmək ancaq bizə...
Nazim Hasanov: Limanda da adam ayağına həsrət səkilərə metlağ düzürlər.Bu il Liman şəhər büdcəsinə dövlət 50 min manat ayrıb.Onu necə əritsinlər bilmirlər...
Mustacab Mammadov: Korrupsiya maşını işləyir...
***
Qeyd edək ki, amma bu şərhlərlə yanaşı problemi iişıqlandıranın ünvanına ağır ifadələrlə hücum edənlər də yeərincədir ki, onların da əksəriyyəinin "Lənkəran Xan"ının trolları olduğu şəkksizdir...
Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...